08:29
329
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi-sənaye kompleksi (HSK) və güc strukturları ilə əlaqəli 23 şirkətə və 20 nəfərə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, sənəd Ukrayna liderinin saytında dərc olunub.
Sənədə əsasən, məhdudiyyətlər optik cihazların və hava hücumundan müdafiə vasitələrinin istehsalı ilə məşğul olan "Kidma Tek" şirkətinə qarşı tətbiq edilib. Həmçinin "Morozov adına zavod", "Spetselektronkomplekt" şirkəti və bir sıra Rusiya İT şirkətləri də sanksiya siyahısına düşüb.
Məryəm Quliyeva