Hindistanın Dövlət Neft şirkəti Nigeriyadan 2 milyon barrel neft alıb Dünya

Hindistanın Dövlət Neft şirkəti Nigeriyadan 2 milyon barrel neft alıb

Hindistanın dövlət neft-qaz korporasiyası "Hindustan Petroleum Corp" treyderlər vasitəsilə Nigeriyadan 2 milyon barrel neft alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nigeriyanın "Okwuibome" və "Utapate" markalı neft partiyası sentyabrın sonunadək Hindistana çatdırılacaq. Nigeriya və digər Qərbi Afrika ölkələri Hindistanın illik neft alışı həcmində beşinci yeri tutur.

Keçən həftənin sonunda Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval bildirib ki, respublikanın enerji daşıyıcıları alışı bundan sonra da milli prioritetlər və energetika təhlükəsizliyi ehtiyacları ilə müəyyən ediləcək.

Məryəm Quliyeva