NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb Dünya

NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb

NATO-nun Almaniyanın Visbaden şəhərində yerləşən və Ukraynaya hərbi yardımın əlaqələndirilməsi ilə məşğul olan NSATU komandanlığına ABŞ ordusunun general-leytenantı Giyom Boper rəhbər təyin edilib.

Bu barədə NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone bildirib.

O, bu vəzifədə amerikalı general Kertis Bazzardı əvəz edib. Bununla da Avropadakı bəzi komandanlıqların avropalı generallara verilməsi prosesinə baxmayaraq, NSATU komandanlığı ABŞ-ın nəzarətində qalıb.