Trampdan İrana son xəbərdarlıq: "Zərbədən qaçmaq üçün bu, son şansdır"​​​​​​​ Dünya

Trampdan İrana son xəbərdarlıq: "Zərbədən qaçmaq üçün bu, son şansdır"​​​​​​​

ABŞ və İran danışıqlarda sürətlə irəliləyir və artıq çərşənbə axşamı, avqustun 4-də Hörmüz boğazında normal gəmiçiliyin tam bərpa olunmasını müzakirə edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə həmsöhbət olarkən bildirib.

Prezident bir daha əmin edib ki, boğazdan keçid bütün gəmilər üçün pulsuz olacaq, çünki ABŞ bu dəniz yolu üzərində tam nəzarət bərqərar edib və İranın hər hansı haqq toplamasına icazə verməyəcək.

Prezidentin sözlərinə görə, normal gəmiçiliyin bərpası yalnız ilk addım olacaq, bundan sonra tərəflər ikinci mərhələyə — Tehranın nüvə proqramı üzrə danışıqlara keçəcəklər.

"İkinci mərhələ nüvə proqramı haqqında danışmağımız olacaq. İranın nüvəsizləşdirilməsi baş tutmalıdır, onların nüvə silahı ola bilməz", — deyə Tramp vurğulayıb.

Tramp ABŞ və İran arasındakı danışıqların "çox da çətin olmayan" şəkildə davam etdiyinə əminlik ifadə edib və mövcud mərhələni Tehran üçün ölkə rəhbərliyinə vurulacaq zərbədən yayınmaq üçün son şans adlandırıb.

"Boyunlarının vurulmasından öncə onlara son şansı tam şəkildə vermək istəyirəm. Bu, onlar üçün yaxşı bir sənəd imzalamaq adından son şansdır. Bu ölkəyə qarşı bu qədər miqyaslı hücum etməməyi üstün tutardım. Ümid edirəm ki, ağılları başlarına gələr", — deyə ABŞ Prezidenti qeyd edib.

Məryəm Quliyeva