11:13
336
İngiltərənin "Liverpul" klubu Fransanın PSJ komandasında çıxış edən hücumçu Bredli Barkolyanın transferi ilə bağlı rəsmi danışıqlara başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, "Liverpul" futbolçu üçün 100 milyon avrodan çox məbləğdə ilkin təklif irəli sürüb. Lakin bu, Paris təmsilçisinin tələb etdiyi transfer məbləğindən xeyli aşağıdır.
Bildirilir ki, Barkolya "Liverpul"a keçməkdə maraqlıdır. Fabritsio Romano futbolçunun bu istəyini hələ may ayında açıqlamışdı.
Qeyd edək ki, Bredli Barkolya ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 49 oyunda meydana çıxaraq 13 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına əsasən, 22 yaşlı hücumçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.
3 Avqust 16:18
805
3 Avqust 16:15
819
3 Avqust 15:30
847