10:56
357
İsrailin Baş naziri Binyamin Netanyahu Fələstinin HƏMAS qruplaşması ilə sülh sazişi məsələsində ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
"HƏMAS ilə son sazişlə bağlı prezident Trampla gizlətmədiyim fikir ayrılıqlarım var", — deyə Netanyahu bəyan edib.
Onun sözlərinə görə, Qəzza zolağının yenidən qurulması mərhələsinə keçməzdən əvvəl HƏMAS tərksilah edilməli və Qəzza zolağının özü silahsızlaşdırılmalıdır.
Məryəm Quliyeva