08:41
784.jpg)
Oman sahillərində yük gəmisi atəşə tutulub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə aid Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat verib.
"UKMTO Omanın Əl-Xəsab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Yük gəmisi naməlum mərminin ona dəydiyini bildirib", — deyə UKMTO-nun "X" hesabındakı bəyanatda qeyd olunur.
Britaniya hərbçiləri təhqiqata başlayıb, mülki gəmilərə isə bu ərazidən keçərkən daha ehtiyatlı olmaq tövsiyə edilib.
Məryəm Quliyeva