Rusiya Sumıya idarəolunan avibombalarla zərbə endirib, ölən və yaralananlar var Dünya

Rusiya Sumıya idarəolunan avibombalarla zərbə endirib, ölən və yaralananlar var

Rusiya ordusu avqustun 4-nə keçən gecə Ukraynanın Sumı şəhərinə idarəolunan aviasiya bombaları ilə zərbə endirib.

"Unian" xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

Onun sözlərinə görə, zərbələr Kovpakovski rayonunda üç nöqtəyə endirilib. Hücum nəticəsində fərdi yaşayış evləri və infrastruktur obyektlərinə ziyan dəyib.

Qriqorov bildirib ki, ilkin məlumata əsasən, bir nəfər həlak olub, yaralananlar da var.

O əlavə edib ki, hücumun bütün nəticələri dəqiqləşdirilir və bölgədə yeni zərbə təhlükəsi davam etdiyindən sakinlərə təhlükəsiz yerlərdə qalmaları tövsiyə olunub.