Ukraynanın Dnepropetrovsk vilayətinin daha 16 kəndi boşaldılır Dünya

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 16 kəndi boşaldılır

Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovsk rayonunun daha 16 yaşayış məntəqəsindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb.

“Sinelnikovsk rayonunda yerləşən Nikolayevsk, Petropavlovsk və Ukrainsk icmalarının daha 16 yaşayış məntəqəsindən məcburi təxliyə elan etdik. Ailələr bir ay ərzində oradan çıxmalıdır”, - o bildirib.

İyul ayında da Sinelnikovsk rayonunun 10 kəndindən uşaqlı ailələrin məcburi təxliyəsi elan olunmuşdu.