Mertsin bloku sorğularda AfD-yə uduzur Dünya

Mertsin bloku sorğularda AfD-yə uduzur

Almaniya Kansleri Fridrix Merzin hakim bloku sorğularda müxalifətdəki “Almaniya üçün Alternativ” Partiyasından (AfD) geri qalır.

Bu barədə Almaniya mediası məlumat yayıb.

Sorğular göstərir ki, hakim Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı bloku 20 faiz, AfD isə 28 faiz dəstək alır.

“Almaniya üçün Alternativ”ə dəstək ötən aya nisbətən bir faiz artıb.

“Yaşıllar” Partiyası da səs nisbətlərini artıraraq 15 faizə çatıb, bu da son zamanlarda ən yaxşı nəticədir. “Yaşıllar” sonuncu dəfə 2025-ci ilin yanvar ayında keçirilən sorğuda 15 faiz səs toplamışdı.

Sosial-Demokrat İttifaqının reytinqi dəyişməz – 12 faiz olaraq qalır, hazırda “Yaşıllar”dan 3 faiz geridədir.