15:40
315
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını “Amerikanın yeni ərazisi” adlandırmasına reaksiya verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Tezliklə Trampın Hörmüz boğazı ilə bağlı illüziyası ya düzəldiləcək, ya da biz bu illüziyaya qapılmış şəxsin illüziyalarını düzəldəcəyik”, - iranlı diplomat qeyd edib.
Donald Tramp bundan əvvəl “Truth Social”da Hörmüz boğazının, eləcə də İranın bir hissəsinin, Bəsrə və Oman körfəzlərinin ərazilərini göstərən xəritə paylaşıb. Şəklin yuxarı hissəsində “ABŞ-nin yeni ərazisi” ifadəsi yazılıb, Hörmüz boğazının ərazisi isə dairə ilə işarələnib.
Məryəm Quliyeva