Husilərin hücumuna məruz qalan pakistanlı dənizçilər vətənə qayıdıb Gündəm

Husilərin hücumuna məruz qalan pakistanlı dənizçilər vətənə qayıdıb

Tanzaniya bayrağı altında üzən kommersiya gəmisinə husilərin hücumu nəticəsində xəsarət alan pakistanlı dənizçilər Pakistana qayıdıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İshaq Dar məlumat verib.

​"Pakistan bu hücumu ən qətiyyətli şəkildə pisləyir və dənizçilərin təhlükəsizliyinin hər zaman təmin edilməli olduğunu bir daha bəyan edir. Biz zərərçəkən dənizçilərə və həlak olanların ailələrinə mümkün olan hər cür yardımı göstərməyə hazırıq", - deyə nazirin bəyanatında bildirilir.

Məryəm Quliyeva