Ədən körfəzində tanker silahlılar tərəfindən ələ keçirilib Gündəm

Ədən körfəzində tanker silahlılar tərəfindən ələ keçirilib

​Yəmənin Əl-Mukalla şəhərindən təxminən 136 dəniz mili şərqdə, Ədən körfəzində neft tankeri ələ keçirilib. Qərb istiqamətində hərəkət edən gəmi icazəsiz bir qayığın yaxınlaşmasından sonra qəza siqnalı verib.

Xalqcebhesi.az xəbər verir ki, ​Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, daha sonra altı silahlı şəxsin tankerin göyərtəsinə daxil olduğu müəyyənləşib. Onlar gəminin idarəetməsini ələ keçirərək onu Somali istiqamətinə yönəldiblər.

Məryəm Quliyeva