14:48
301
“Qalatasaray” Aleksey Batrakovun transferi üçün danışıqlara başlayıb.
Bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, 21 yaşlı rusiyalı yarımmüdafiəçinin transferi ilə bağlı həm futbolçunun özü, həm də klubu “Lokomotiv” (Moskva, Rusiya) ilə rəsmi danışıqlara start verilib.
Qeyd edək ki, Batrakov “Lokomotiv”in yetirməsidir. O, Moskva klubunun əsas komandasında keçirdiyi 84 rəsmi oyunda 34 qol vurub və 23 məhsuldar ötürmə edib.
19 Avqust 15:12
854
19 Avqust 14:12
910
19 Avqust 12:18
861