"Bu baş verərsə, regionu alov bürüyər" Dünya

"Bu baş verərsə, regionu alov bürüyər"

Yaxın Şərqdə Türkiyə-İsrail qarşıdurması regionun gələcəyi baxımından həlledici məsələdir. Bu ölkələrin regionda yürütdüyü siyasəti məntiqli analiz edərkən iki eyni siyasətin yürüdüldüyünün şahidi oluruq. Məsələ ondadır ki, Türkiyə vaxtilə Suriya ərazisində təhlükəsizlik zolağı yaratdığı kimi İsrail də eyni işi görür. Livan, Suriya, Qəzza ərazisində təhlükəsizlik zolağı yaradır. Bu siyasət təbii olaraq sivil dünyada yaxşı qarşılanmasa da bu addımların atılması məcburiyyətindən doğub.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

O, qeyd edib ki, Türkiyə PKK və İŞİD təhdidini bu yolla aradan qaldlrdısa, İsrail də HƏMAS və "Hizbullah" təhdidini aradan qaldırmaqla məşğuldur. Xüsusən də, İsrail ərazisinə 2023-cü il 7 oktyabr HƏMAS terror hücumundan, 1200-dən çox insanın vəhşicəsinə öldürülməsi, xeyli əsir götürülməsi hadisəsindən sonra İsrailin başlatdığı antiterror əməliyyatlarına haqq qazandırmamaq olmur:

"Göründüyü kimi hər iki dövlət öz təhlükəsizliyini onlara qarşı düşmən ünsürlərdən qoruyur.
İndi bu durumda Türkiyə və İsrailin bir-birindən hansısa addımları niyə atdığını soruşmaq yerində deyil. Çünki hər ikisi eyni işi görür.
Türkiyənin Qəzza xalqının İsrail tərəfindən soyqırım edilməsi iddiasına İsrail tərəfi də Suriya və İraqda kürdlərin Türkiyə tərəfindən "soyqırım" edilməsi iddiasını irəli sürür.
Bu durumda Türkiyə və İsrail qarşıdurmasının mahiyyəti nədir? Hesab edirəm ki, ikisi də regionda söz sahibi olmaq üstündə mübarizə aparır. Onda onlar ciddi şəkildə müharibəyə qədər qarşıdurmaya gedərlərmi? Yox. Bu qarşıdurmanın pik həddə çatması iki ölkənin öz yerlərində möhkəmlənməsini təmin etmək üçündür. Kim haranı tutubsa, orda da qalması üçündür. Yoxsa nə Türkiyə, nə də İsrail heç vaxt qarşı-qarşıya gələcək. Bu baş verərsə, regionu alov bürüyər".

Cavid