İsmayıllıda minik avtomobilləri toqquşub, 2 nəfər ölüb Hadisə

İsmayıllıda minik avtomobilləri toqquşub, 2 nəfər ölüb

İsmayıllıda yol qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.

Nəticədə 2 nəfər ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.