14:05
287
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəində baş verib.
Hərəkətdə olan “VAZ 2107” və “Ford” markalı iki minik avtomobili toquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.
Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirlir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.