Rumıniya F-16-sı Qara dənizdə dəniz dronunu məhv edib Gündəm

Rumıniya F-16-sı Qara dənizdə dəniz dronunu məhv edib

Rumıniyaya məxsus F-16 qırıcı təyyarəsi Qara dənizdəki "Neptun Deep" qaz yatağı rayonunda partlayıcı ilə təchiz olunmuş dəniz dronunu məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rumıniya müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse məlumat verib.

​"Bu səhər Sahil Mühafizəsi Konstansadan 80 mil şərqdə, müstəsna iqtisadi zonada yerləşən 'Neptun Deep' yatağının perimetrində, qaz hasilatı aparılan ərazidən bir neçə yüz metr aralıda dəniz dronunun aşkar edildiyini bildirdi", — deyə o, "Facebook" səhifəsində yazıb.

​Hərbi idarənin rəhbəri qeyd edib ki, bu perimetrdə çalışan bir neçə yüz insanın qorunması və kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rumıniyanın iki F-16 qırıcısı havaya qaldırılıb və onlardan biri partlayıcı daşıyan pilotsuz aparatı məhv edib.

Məryəm Quliyeva