İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb
Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
Antonio Koşta: Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinə yanaşmada neytral deyil
17:07
756
ABŞ Maliyyə Nazirliyi bazar ertəsi İranla biznes əlaqələri saxlayan təşkilatlara və ölkələrə qarşı tətbiq edilə biləcək ikincili sanksiyaların miqyasının genişləndirildiyini elan edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat verib.
Onların sözlərinə görə, Vaşinqton administrasiyası münaqişəyə son qoymaq cəhdi ilə Tehrana iqtisadi təzyiqi artırır və digər ölkələri İranla biznes əlaqələrini kəsməyə məcbur edir. Bazar ertəsi günün ikinci yarısında keçiriləcək mətbuat konfransında ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı tədbirlər barədə daha ətraflı məlumat verəcək. "Reuters"in həmsöhbətinin bildirdiyinə görə, qurum rəhbəri ölkələrə ABŞ-nin tərəfini seçməli olduqlarını, əks halda onların əsas şirkət və təşkilatlarının təcrid olunma riski ilə üzləşəcəyini aydın şəkildə çatdıracaq.
ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində növbəti dəfə Tehranı tənqid edib. "İran tam çöküşün astanasındadır"., – deyə o yazıb.