Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək İdman

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda bu gün növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin III turunda Rumıniya ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 18:30-da başlayacaq.

Günün digər matçında Niderland və Portuqaliya komandaları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:30-da start götürəcək.

İki oyundan sonra Azərbaycan millisi 6 xalla C qrupuna başçılıq edir. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə üstələyib.