İran XİN: "ABŞ qoşunlarına ev sahibliyi edən ölkələr qanuni hədəfimizdir" Dünya

İran XİN: "ABŞ qoşunlarına ev sahibliyi edən ölkələr qanuni hədəfimizdir"

İran hakimiyyəti ABŞ qoşunlarının yerləşdirildiyi üçüncü ölkələri Yaxın Şərqdəki münaqişənin iştirakçıları hesab edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyan edərək, həmin ölkələrdəki hərbi obyektlərin qanuni hədəfə çevrildiyini qeyd edib.

"Təcavüzkarların (ABŞ qoşunları nəzərdə tutulur) başqa ölkənin ərazisində yerləşdirilməsi İrana qarşı cinayətlərdə şərikli kimi qiymətləndirilir. Beynəlxalq hüquqa uyğun olaraq, istənilən təcavüzkar əməlin mənbəyinə və ya başlanğıc nöqtəsinə zərbələr endirilməsi İranın qanuni hüququdur və ölkənin suverenliyinin müdafiəsində heç bir güzəştə yol verilməyəcək", – deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.

Bəqai həmçinin ümid etdiyini bildirib ki, ABŞ qoşunlarına infrastruktur təqdim edən ölkələr "lazımi tədbirlər" görəcəklər.

Məryəm Quliyeva