UKMTO: Qırmızı dənizdə hücumdan sonra tanker alovlanıb Gündəm

UKMTO: Qırmızı dənizdə hücumdan sonra tanker alovlanıb

Qırmızı dənizdə, Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker mərmı zərbəsinə məruz qalıb və yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya HDQ yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Yanbu (Səudiyyə Ərəbistanı) şəhərindən 63 dəniz mili qərbdə baş vermiş insident barədə məlumat alıb. Şirkətin təhlükəsizlik üzrə əməkdaşı bildirib ki, tanker naməlum mərminin zərbəsinə məruz qalıb, nəticədə gəminin əsas göyərtəsində yanğın başlayıb", – deyə koordinasiya mərkəzindən bildirilib.

Orada dəqiqləşdirilib ki, "bütün heyət üzvləri təhlükəsizlikdədir, onların yeri təsdiqlənib". Ətraf mühitə dəymiş zərər barədə məlumat verilmir.

Gəminin adı və qeydiyyatda olduğu liman da daxil olmaqla digər təfərrüatlar açıqlanmır.

Məryəm Quliyeva