12:55
392
Rumıniya ABŞ hakimiyyətinə öz qoşunlarının ölkə ərazisində yerləşdirilməsi üçün kompleks tədbirlər paketi təklif edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Observator News" portalı məlumat yayıb.
Məlumata görə, Rumıniya administrasiyası "ölkə prezidenti Nikuşor Dan tərəfindən verilən mandatı alaraq kompleks dəstək paketi təklif edib və nümayəndələr bunun ABŞ-yə hansı faydaları gətirəcəyini izah etmək üçün Vaşinqtona yola düşüblər". Portalın həmsöhbətləri əlavə ediblər ki, Birləşmiş Ştatlar tərəfindən vəziyyətə yenidən baxılması artıq başlayıb. İlkin olaraq razılaşdırmanın 6 ay davam edəcəyi gözlənilirdi, lakin indi bunun Konqresə aralıq seçkilərinədək yekunlaşdırılması planlaşdırılır.
Qeyd olunur ki, paketə infrastruktur, logistika və tibbi təminat, eləcə də inzibati prosedurların sadələşdirilməsi daxildir. Bu tədbirlər ABŞ qoşunlarının Almaniya və Polşada yerləşdirilməsi şərtləri ilə analoji olacaq.
Rumıniyanın ABŞ-yə təklif etdiyi məbləğ açıqlanmır. Almaniya və Polşa "infrastruktur, kommunal xidmətlər və logistika xərclərinin əhəmiyyətli hissəsini qarşılayır", ABŞ isə əsas əməliyyat xərclərini ödəyir.
Məryəm Quliyeva