Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
Antonio Koşta: Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinə yanaşmada neytral deyil
Bakı-Daşkənd münasibətlərində yeni mərhələ: Əbədi dostluqdan regional tərəfdaşlığa - TƏHLİL
16:39
511
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən şəhər sakinləri Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.08.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
"Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da DİN Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində keçiriləcək. Qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur", - məlumatda qeyd edilib.