13:33
511
“Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki ölkənin münasibətlərinin artıq ənənəvi dostluq çərçivəsini aşaraq uzunmüddətli strateji həmrəyliyə çevrildiyini göstərir. Sənəddə suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək, tərəflərin bir-birinə qarşı yönəlmiş ittifaqlarda iştirak etməməsi və ərazilərindən digər tərəfin təhlükəsizliyinə zərər vurmaq üçün istifadəyə yol verməməsi xüsusi əhəmiyyət daşıyır. Bu müddəalar dəyişən geosiyasi şəraitdə Bakı və Daşkənd arasında yüksək siyasi etimadın formalaşdığını nümayiş etdirir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.
Z.Qarayevanın sözlərinə görə, Müqavilənin digər mühüm tərəfi siyasi yaxınlaşmanı iqtisadi və humanitar əməkdaşlıqla tamamlamasıdır: “Nəqliyyat dəhlizləri, gömrük prosedurlarının sadələşdirilməsi, energetika, investisiya, rəqəmsal iqtisadiyyat, elm, təhsil və turizm üzrə nəzərdə tutulan əməkdaşlıq Azərbaycanı Mərkəzi Asiyaya, Özbəkistanı isə Cənubi Qafqaz və Avropa bazarlarına daha sıx bağlaya bilər. Bu baxımdan sənəd yalnız ikitərəfli münasibətlərin hüquqi bazasını gücləndirmir, eyni zamanda, Orta Dəhlizin inkişafına və türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə xidmət edən yeni regional əməkdaşlıq modelinin əsasını qoyur”.
Röya İsrafilova
13:43
469
13:35
476
12:59
497