İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb
Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
Antonio Koşta: Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinə yanaşmada neytral deyil
17:10
392
Hindistan hökuməti buğda və buğda məhsullarının ixracına qoyulan qadağanı ləğv edib.
Bu barədə Hindistanın Xarici Ticarət üzrə Baş Direktorluğu tərəfindən məlumat yayılıb.
Bildirişdə qeyd olunur ki, bu gündən buğda üzrə ixrac rejimi qadağan olunan rejim dəyişdirilir.
Hökumət həmçinin buğda unu və yüksək sortlu un, semolina (manna yarması) və tam taxıl unu kimi digər məhsulların ixracına qoyulan qadağanı aradan qaldırıb. Bu tədbirlər nəticəsində beynəlxalq bazarda həmin məhsulların əlçatanlığının artıracağı gözlənilir.
Dünyanın ikinci ən böyük buğda istehsalçısı olan Hindistan, artan daxili qiymətlərin qarşısını almaq məqsədilə 2022-ci ilin mayından buğda ixracına qadağa qoyub.
Apreldə Hindistan rəsmiləri bildirdilər ki, əsas istehsal bölgələrində mövsümə xas olmayan yağışlar və dolu nəticəsində məhsula dəyən ziyana baxmayaraq, ölkədə 2025–2026-cı kənd təsərrüfatı ili üzrə buğda istehsalının 110–120 milyon ton arasında olacağı gözlənilir.