13:58
644
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Qəzza zolağının cənubundakı Xan-Yunis şəhəri rayonunda yeni zərbə endirib. Zərbənin məqsədi Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadına aid "Nuxba" xüsusi təyinatlı qüvvələrinin 2023-cü ilin oktyabrında İsrail ərazisinə hücumda iştirak etmiş taqım komandirinin zərərsizləşdirilməsi olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
"ÇAXAL Qəzza zolağının cənubundakı Xan-Yunis rayonunda HƏMAS-ın hərbi qanadının "Nuxba" taqım komandirinə zərbə endirib", – deyə bəyanatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, məhv edilən şəxs "7 oktyabr qırğını zamanı İsrail ərazisinə hücumda iştirak edib" və "müharibə boyu Qəzza zolağında fəaliyyət göstərən ÇAXAL qoşunlarına qarşı hücumlar həyata keçirib".
Məryəm Quliyeva