16:26
539
Ukrayna Rusiya əsarətindən 10 hərbçisini geri qaytarıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
Mübadilə Belarus vasitəsilə baş tutub.
"Bular Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyasının hərbi qulluqçularıdır. Onlar ölkəni Donetsk istiqamətində müdafiə edirdilər. Onların hamısı itkin düşmüş hesab olunurdu. Və onların geri qaytarılmasına nail olmağımız çox vacibdir", – deyə Ukrayna prezidenti qeyd edib.
Prezident həmçinin ukraynalıların geri qaytarılması istiqamətində fasiləsiz çalışan hər kəsə təşəkkürünü bildirib. O vurğulayıb ki, Ukrayna "əsarətdə qalan hər bir kəsi" xatırlayır.
Məryəm Quliyeva