17:35
511
İspaniyanın “Atletiko Madrid” klubunun argentinalı hücumçusu Xulian Alvares La Liqa nəhəngi “Barselona”ya keçməyə bir addım da yaxınlaşıb.
Xarici KİV xəbər verir ki, “Barselona” Alvareslə müqavilənin şəxsi şərtlərini razılaşdırıb.
Oyunçu “Atletiko Madrid”in onu “Barselona”ya buraxmasını israrla tələb edir. Lakin Madrid klubu hücumçunu La Liqadakı rəqibinə satmaq istəmir.
26 yaşlı Alvares son olaraq İspaniya La Liqasında “Vilyarreal”la 2:2 hesablı heç-heçə etdikləri oyunda meydana çıxıb.