"Qərbin böyük rəhbərlərindən möcüzə gözləməyin heç bir mənası yoxdur" Dünya

"Qərbin böyük rəhbərlərindən möcüzə gözləməyin heç bir mənası yoxdur"

Bloomberg xəbər verir ki, Rusiya yaxın vaxtlarda Kiyevə ballistik raket zərbələrini gücləndirməyi planlaşdırır. Düzünü desəm, kimdən — hətta ən nüfuzlu mənbələrdən — gəlməsindən asılı olmayaraq, bu təkrarlanan apokaliptik proqnozlardan və "aşkar həqiqətləri təkrarlamaq" səviyyəsindəki qorxutma taktikalarından artıq bezmişəm. Axı Ukrayna paytaxtındakı istənilən sıravi insan Bloomberg-ə ehtiyac duymadan bir anlıq özünü Nostradamus kimi hiss edə bilər.

Bunu xalqcebhesi.az-a Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib.

"Biz çoxdan anlamışıq ki, əslində təkik və Qərbin böyük rəhbərlərindən möcüzə gözləməyin heç bir mənası yoxdur.

Anladığım qədərilə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorunun gizli səfəri sülh prosesində heç bir müsbət irəliləyişə səbəb olmadı. Kreml öz mövqeyində israrlıdır. Beləliklə, "Apokalipsis atlıları" yenidən üfüqdə görünməyə başlayıb. Sual budur: indi nə edəcəyik? Şəxsən mənim nə harasa getmək, nə gizlənmək (hətta sığınacaqlarda belə), nə ərzaq ehtiyatı toplamaq, nə də təcili çıxış üçün çanta hazırlamaq və ya buna bənzər hər hansı bir iş görmək fikrim var. Nə olursa olsun. Təəssüf ki, nə siz, nə də mən bu hadisələrə təsir edə bilərik. Əgər qərar vermək mənə aid olsaydı, sülhə nail olmaq üçün hər şeyi – hətta şeytanın özü ilə danışıqlar aparmağı belə – göze alardım. Ki, düşmənimiz də məhz elə şeytandır. Lakin mənim belə bir səlahiyyətim yoxdur.

Hamımız sonuncu sırada dayanırıq, hamımız pis yataq dəstlərinin üzərində uzanırıq; ya ənsəmizə dəyən güllə, ya da sinəmizə sancılan süngü ilə öldürülənlərin sırasındayıq." Bununla belə, güllə ilə ani ölüm dağıntılar altında yavaş-yavaş ölməkdən daha yaxşıdır. Bu, sadəcə bir bənzətmə deyil – paytaxtdakı binaların üçdə biri artıq müxtəlif dərəcədə zədələnib. Buna görə də, pafoslu sözlər vəziyyəti yüngülləşdirmir. İndi isə paytaxta hücum başlayıb. Ümid yalnız Tanrıyadır. Mən heç bir təşviş hiss etməmişəm və indi də hiss etmirəm. Bu hərbi təbliğat, keçmişə baxış və ölülərə pərəstiş, müharibə şəraitində insan həyatına qarşı göstərilən bu laqeydlik insanı dəhşətli dərəcədə qəzəbləndirir və ikrah hissi doğurur" - o, deyib.

Cavid