Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək Siyasət

Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək

Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib.

APA xəbər verir ki, Türkiyə səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər ziyarətdə iştirak edib.

Əvvəlcə abidənin önünə əklil qoyulub, daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Səfir Birol Akgün şəhidlərin xatirəsini ehtiramla anıb.

Diplomat Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməyə davam edəcəyini vurğulayıb.