ABŞ G20 ölkələri ilə İrana qarşı ikincili sanksiyaları müzakirə edəcək Dünya

ABŞ G20 ölkələri ilə İrana qarşı ikincili sanksiyaları müzakirə edəcək

ABŞ-nin maliyyə naziri Skott Bessent Böyük İyirmiliyin (G20) ölkələrinin maliyyə nazirlərinin gözlənilən görüşündə həmkarları ilə İrana iqtisadi təzyiqin gücləndirilməsini və Tehranla ticarəti davam etdirən dövlətlərə qarşı ikincili sanksiyaların tətbiqini müzakirə etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

"Mən gözləyirəm ki, nazir Bessentin yaxın günlərdə G20-dən olan həmkarlarımızla keçirəcəyi hər bir ikitərəfli görüşdə bu məsələ qaldırılacaq. Bu, İrana qarşı iqtisadi kampaniyamızın böyük əhəmiyyət kəsb edən aspektidir, ona görə də biz bütün G20 üzvlərinin hərəkətlərinin üst-üstə düşməsini təmin etmək istəyirik", — deyə "Reuters"in həmsöhbəti qeyd edib.

Məryəm Quliyeva