08:38
385
Ədən körfəzində 6 bal gücündə yeraltı təkan qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat verib.
Filialın operativ emal məlumatlarına görə, cümə günü saat 00:08-də qeydə alınan zəlzələnin episentri Yəmənin Əş-Şihr şəhərindən 188 km cənub-şərqdə yerləşib.
Episentrdəki təkanların intensivliyinə görə zəlzələ "dağıdıcı" olaraq qiymətləndirilir.
ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 6 bal olaraq qiymətləndirib. Qurumun məlumatına görə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Məryəm Quliyeva