08:46
420
Hindistanın Maxaraştra ştatında 25 yaşlı Daniş iş yerində ölümcül yanıq xəsarətləri alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Need To Know" məlumat verib.
Daniş emal olunmamış şəkər istehsalı müəssisəsində çalışırdı. Ehtimal olunur ki, iş zamanı gəncin başı fırlanıb, o, müvazinətini itirərək qaynayan şəkərlə dolu çənə yıxılıb.
Danişin qışqırıqlarına dərhal həmkarları gəliblər. Onlar gənci böyük çömçələrlə çıxarmağa çalışsalar da, bu baş tutmayıb və nəhayət, onu çılpaq əlləri ilə xilas ediblər. Fəhlə qaynayan şərabın içində təxminən bir dəqiqə qalıb.
Xəsarət alan şəxsi yerə uzadıb, ağrıdan qışqırdığı bir vaxtda ona kömək etməyə çalışıblar. Daniş yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məryəm Quliyeva