17:00
602
A qripi virusunun quş qripi kimi tanınan yarımqrupu dünyada yeni pandemiyaya çevrilə biləcək xəstəliyə təkan verə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri Rospotrebnadzorun "Vektor" virusologiya mərkəzinin biomühəndislik şöbəsinin müdir əvəzi Andrey Rudometov bölüşüb.
"Bu virus artıq bütün dünyaya yayılıb, onun dövr etmədiyi qitə qalmayıb. Bir çox tədqiqatçı bu alt tipin yeni bir pandemiyaya səbəb ola biləcək "X" xəstəliyinə səbəb olacağına inanır", — deyə o, Koltsovo elm şəhərciyində keçirilən elmi forumda bildirib.
Rudometov diqqəti dünyada məməlilərin yoluxma hallarının artmasına yönəldib. Amerikada iribuynuzlu qara-mal arasında quş qripinin alovlanması xüsusi diqqət çəkib. "ÜST peyvəndlərin hazırlanması istiqamətində işlərin aparılmasını təkidlə tövsiyə edir", — deyə alim vurğulayıb.
Məryəm Quliyeva