Yaponiyada tayfun səbəbindən 4 mindən çox insan işıqsız qalıb Dünya

Yaponiyada tayfun səbəbindən 4 mindən çox insan işıqsız qalıb

Yaponiyanın Tokio ilə həmsərhəd olan Tiba prefekturasının 4 min dəfədən çox sakini sentyabrın 20-də ölkənin Sakit okean sahili boyunca keçən "Dujuan" tayfununun nəticələri səbəbindən hələ də elektrik enerjisiz qalmaqdadır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının təbii fəlakətin vurduğu ziyanla bağlı yaydığı son rəsmi hesabatda bildirilir.

Dəqiqləşdirilmiş məlumatlara əsasən, həlak olanların siyahısında 13 nəfərin adı var, iki nəfər isə itkin düşmüş hesab olunur.

Tayfunun törətdiyi torpaq sürüşmələri beş yerdə əvvəllər hər gün 54 min insanın istifadə etdiyi yerli dəmir yolu xətlərindən birini sıradan çıxarıb. Məlumata görə, bu xətt üzrə hərəkətin bərpasına ən azı üç ay vaxt lazım gələcək. Yerli sakinlərə kömək etmək üçün əlavə avtobuslar ayrılıb, dayanacaqlarda uzun növbələr müşahid olunur.

Tiba prefekturasında bəndin dağılması səbəbindən çoxsaylı yaşayış evlərinin və kənd təsərrüfatı torpaqlarının yerləşdiyi 5 kvadrat kilometr ərazi hələ də su altında qalmaqdadır. Fəlakət zonasında 1,7 minə yaxın tikiliyə ziyan dəyib.

Məryəm Quliyeva