13:53
518
İran Prezidenti Məsud Pezeşkiyan MDB sammitində region ölkələrinin müstəqilliyini qoruyub saxlamaqla onların imkanlarını birləşdirməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, prezidentin sözlərini "Fars" agentliyi sitat gətirib.
"Bizim üçün regional diplomatiya sadəcə görüşlərin keçirilməsi demək deyil. O, böhranların idarə olunması, əlaqələrin saxlanılması, münaqişələrin yayılmasının qarşısının alınması və praktiki əməkdaşlığın fəallaşdırılması alətinə çevrilməlidir. İranın qonşuluq siyasəti çərçivəsində məhz bu yanaşmanı həyata keçiririk. Biz imkanlarımızı birləşdirməliyik ki, hər bir ölkə öz müstəqilliyini və milli seçimini saxlamaqla bu ümumi coğrafiyadan faydalana bilsin. Biz parçalanma deyil, əlaqə; dağıdıcı rəqabət əvəzinə əməkdaşlıq; birtərəfli asılılıq əvəzinə qarşılıqlı asılılıq; və təhdidlərə əsaslanan təhlükəsizlik əvəzinə etimad və ümumi maraqlara əsaslanan təhlükəsizlik istəyirik", - deyə o, bildirib.
Məryəm Quliyeva