Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır İqtisadiyyat

Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır

Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yüklərinin daşınması üçün açıqdır.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət başlayıb.

Paşinyan, həmçinin, iki ölkə arasındakı dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiya və demarkasiya edildiyini qeyd edib.