13:46
497
Bu gün Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzər dənizindən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir.
APA-nın Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında söyləyib.
“Bu şəraitdə Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq çox vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına xidmət edir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır", - deyə dövlət başçısı vurğulayıb.
14:23
168
14:21
210
14:16
294