8 Oktyabr 17:39
8 Oktyabr 15:20
10:41
483
“Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi. Yarışlar ölkəmizin eyni vaxtda yeddi şəhərini əhatə etdi”.
APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, MDB-yə üzv dövlətlərdən, eləcə də dünyanın digər ölkələrindən gəlmiş minlərlə idmançı və qonaq Azərbaycanda keçirdikləri 11 gün ərzində ölkəmizi və xalqımızı daha yaxından tanıyıb.
“Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından çox-çox kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”, – Prezident İlham Əliyev əlavə edib.
11:21
294
10:43
427
10:42
441