Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb Siyasət

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında üçtərəfli görüş başlayıb.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, görüşün əsas müzakirə mövzusu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir.