Ər-Riyad hava limanına hücum zamanı "Saudia"nın pilotu həlak olub Gündəm

Ər-Riyad hava limanına hücum zamanı "Saudia"nın pilotu həlak olub

Səudiyyə Ərəbistanının "Saudia" dövlət aviaşirkətinin pilotu Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə aviatəcridçinin "Al Ekhbariya" telekanalı tərəfindən sitat gətirilən bəyanatında bildirilir.

"Kral Xalid adına Beynəlxalq Hava Limanında baş verən insident əməkdaşlarımızdan birinin həlak olması ilə nəticələnib. Həlak olan kapitan Hamud əl-Qaltaminin ailəsinə dərin hüznlə başsağlığı veririk", - deyə bəyanatda qeyd olunur.

Məryəm Quliyeva