Azərbaycanın strateji valyuta ehtiyatları 10%-ə yaxın artıb İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 10%-ə yaxın artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il oktyabrın 1-nə 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, strateji valyuta ehtiyatları illik müqayisədə 9,7% artıb.

Müqayisə üçün, 2026-cı il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil etmişdi.