8 Oktyabr 17:39
8 Oktyabr 15:20
12:12
392
İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçılarının Qarabağa səfəri başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Qeyd edək ki, konfrans “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusuna həsr olunub.
Konfransın tərkib hissəsi olaraq Xocalı, Şuşa və Laçına səfərlər, azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə tanışlıq da daxildir.




