8 Oktyabr 17:39
8 Oktyabr 15:20
11:34
385
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkiyan Türkmənistanda keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin yeni səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıblar.
Xalqcebhesi.az xəbər verir ki, görüş "Avaza" Milli Turizm Zonasında MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində baş tutub.
Ermənistan Nazirlər Kabinetinin məlumatında deyilir:
"Həmsöhbətlər ikitərəfli yüksək səviyyəli intensiv təmasları vurğulayaraq, bunların Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafı və genişlənməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Tərəflər münasibətlərin yaxın gələcəkdə yeni səviyyəyə yüksələcəyinə əminliklərini ifadə edib və planlaşdırılan qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıblar".
Paşinyan həmçinin İran şirkətlərinin Ermənistanda həyata keçirilən strateji layihələrdə iştirak etdiyini qeyd edib.
Məryəm Quliyeva