Pezeşkiyan: "İran ABŞ ilə danışıqlar masasını tərk etməyəcək" Dünya

Pezeşkiyan: "İran ABŞ ilə danışıqlar masasını tərk etməyəcək"

Tehran Vaşinqtonla danışıqları davam etdirəcək, tərəflər təkliflər mübadiləsi aparıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkiyan ötən gün MDB Dövlət Başçılarının Sammitində Rusiya lideri Vladimir Putinlə keçirilən görüşdə bəyan edib.

"Biz dialoq aparırıq. Lakin hər dəfə ABŞ ilə danışanda onlar yenidən hücum edirlər. Buna baxmayaraq, biz danışıqlar masasını tərk etməyəcəyik", - deyə Pezeşkiyanın "Telegram" kanalındakı mətbuat relizində istinad edilən bəyanatında bildirilir.

İran Prezidentinin sözlərinə görə, Tehran və Vaşinqton təkliflər mübadiləsi aparıblar. "Biz bu təkliflərə öz düzəlişlərimizi etmişik. Onlar yekunlaşdıqdan sonra vasitəçilər vasitəsilə əyləşib nəticələri nəzərdən keçirəcəyik", - deyə o əlavə edib.

Məryəm Quliyeva