13:49
497
NATO oktyabrın 13-dən etibarən İtaliyada döyüş sursatlarından istifadə olunmadan "Steadfast Noon" adlandırılan planlı nüvə silahının tətbiqi təlimlərinə başlayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlərdə 17 dövlət iştirak edəcək. "Manevrlər zamanı real döyüş sursatlarından istifadə olunmur", - deyə məlumatda bildirilir. Mətbuat xidməti vurğulayıb ki, təlimlər "hazırda dünyada cərəyan edən heç bir hadisə ilə bağlı deyil və hər hansı bir ölkəyə qarşı yönəlməyib".
NATO-ya üç nüvə dövləti - ABŞ, Böyük Britaniya və Fransa daxildir. Lakin blok "nüvə silahından birgə istifadə" siyasətini yürüdür. Bu siyasətə əsasən, aşkar edilməni çətinləşdirmək məqsədilə nüvə dövlətlərinin döyüş başlıqları qeyri-nüvə dövlətlərinin daşıyıcılarında yerləşdirilə bilər. Nüvə manevrlərində iştirakçıların sayı da məhz bununla izah olunur.
Məryəm Quliyeva