5 Noyabr 16:31
08:40
490
ABŞ Prezident Administrasiyası hərbi əməliyyatların davam etməsinə baxmayaraq, iranlıların deportasiyası ilə bağlı İranla məxfi danışıqlar aparıb.
Xalqcebhesi.az xəbər verir ki, iki hökumət arasındakı bu əməkdaşlıq barədə "Associated Press" agentliyi bir qrup İran vətəndaşının işi üzrə məhkəmə sənədlərindən məlumat əldə edib.
İmmiqrasiya və Gömrük Muhafizəsi Xidməti (ICE) tərəfindən saxlanılan iranlıların maraqlarını müdafiə edən "İran-Amerika Hüquqi Müdafiə Fondu" hüquq qrupu bildirib ki, ən azı 12 müvəkkilinə tezliklə İrana deportasiya olunacaqları barədə bildiriş təqdim edilib. Digər sənədlərdən bəlli olub ki, ABŞ və İran hətta müharibə başladıqdan sonra da yol sənədlərinin rəsmiləşdirilməsi və "mümkün deportasiya yollarının" müəyyənləşdirilməsi məsələlərinə dair danışıqlar aparıblar.
İran vətəndaşlarına aid iş materiallarında göstərilir ki, Tramp administrasiyasının immiqrasiya agentlikləri milli immiqrasiya qaydalarını pozaraq onlar haqqında məxfi məlumatları İran hökumətinə ötürüblər. İddia ərizəsində ABŞ və İran hökumətləri arasında İmmiqrasiya və Gömrük Muhafizəsi Xidmətinin nəzarətində olan iranlıların müəyyən edilməsi və onların İrana qayıtmağa məcbur edilməsi məqsədilə təzyiq göstərilməsi üzrə əlaqələndirilmiş kampaniya təsvir olunur.
ABŞ Dövlət Departamentinin nümayəndələri "Associated Press"in sorğusuna cavab olaraq bildiriblər ki, davam edən məhkəmə çəkişmələrini və ya özəl diplomatik danışıqları şərh etmirlər.
Məryəm Quliyeva