“Bitcoin”in qiyməti 76 min dollardan aşağı düşüb İqtisadiyyat

“Bitcoin”in qiyməti 76 min dollardan aşağı düşüb

Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, “Bitcoin”in qiyməti isə 76 min dollardan aşağı düşüb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son sutkada 5,88% azalaraq 75 589,04 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 3,23%, son 30 gündə isə 10,08% azalıb.

“Ethereum” 7,79% ucuzlaşaraq 2 228,18 dollara, BNB 3,01% azalaraq 691,98 dollara düşüb. “Zcash” 2,56% dəyər itirərək 1 277,96 dollara, “Monero” isə 2,83% ucuzlaşaraq 620,66 dollara enib.

Digər kriptovalyutalardan “Bitcoin Cash” 2,51% ucuzlaşaraq 274,73 dollara, “Bittensor” 6,63% geriləyərək 219,57 dollara düşüb. “Quant” isə 8,25% dəyər itirərək 189,46 dollara enib.

Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 2,34% ucuzlaşaraq 4 030,70 dollara, “Tether Gold” (XAUT) isə 2,18% dəyər itirərək 4 025,43 dollara enib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 6,04% azalaraq 153,60 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,52 trln. dollara düşüb.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı kəskin eniş investorların riskli aktivlərdən uzaqlaşması və satışların güclənməsi ilə əlaqəli ola bilər. Əvvəlki gün qeydə alınan bahalaşmanın davamlı olmaması bazarda qeyri-müəyyənliyin qaldığını göstərir. Əsas kriptovalyutalarla yanaşı, qızıl əsaslı rəqəmsal aktivlərin də ucuzlaşması satışların bazarın müxtəlif seqmentlərini əhatə etdiyini göstərir.