Tramp seçkilərdən sonra İran üzrə ilk iclasını keçirib Dünya

Tramp seçkilərdən sonra İran üzrə ilk iclasını keçirib

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra milli təhlükəsizlik komandası ilə İran mövzusunda ilk iclasını keçirib.

Xalqcebhesi.az "Axios"a istinadən xəbər verir ki, görüş həftəlik kəşfiyyat brifinqi çərçivəsində baş tutub.

Məlumata görə, Vaşinqton üç variantı nəzərdən keçirir: hərbi zərbələri bərpa etmək, iqtisadi təzyiqi davam etdirmək və ya saziş bağlamaq. Tramp jurnalistlərə açıqlamasında qərarın tezliklə veriləcəyini bildirərək, ölkənin qalan hissəsini dağıtmaq istəmədiyini, lakin buna məcbur ola biləcəyini vurğulayıb.

Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) İranda iri hərbi əməliyyatların bərpasına hazırlaşdığı qeyd olunur. Üçüncü aviadaşıyıcı qrupun — "Theodore Roosevelt" esminesi və onun zərbə qrupunun Yaxın Şərqə göndərilməsi ABŞ-nin zərbələri bərpa edə biləcəyinə dair siqnal hesab olunur. Qrupun noyabrın ortalarından tez olmamaq şərtilə regiona çatacağı gözlənilir.

Məryəm Quliyeva